Bank Of Baku

Naxçıvan Dövlət Dram Teatrı 126-cı mövsümünü açıb

Naxçıvan Dövlət Dram Teatrı 126-cı mövsümünü açıb
# 17 sentyabr 2008 11:20 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrı 126-cı mövsümünü açıq elan edib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Əli Rzayevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, bu gün teatr kollektivi yeni mövsümün ilk tamaşasını təqdim edib. 126-cı mövsümün ilk tamaşası kimi müraciət edilən Cəlil Məmmədquluzadənin «Dəli yığıncağı» tragikomediyasının quruluşçu rejissoru Azərbaycanın xalq artisti Kamran Quliyevdir. Ə. Rzayev qeyd edib ki, sentyabrın ikinci yarısında Naxçıvan şəhərində fəaliyyət göstərən daha iki teatr - M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı yeni mövsümünü açacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR