Bank Of Baku

Filarmoniyada MDB Gənclər Simfonik Orkestrinin konserti keçiriləcək

Filarmoniyada MDB Gənclər Simfonik Orkestrinin konserti keçiriləcək
# 17 sentyabr 2008 12:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Müstəqil Dövlətlər Birliyinin Gənclər Simfonik Orkestrinin konserti keçiriləcək. APA-nın xəbərinə görə, Filarmoniyanın direktoru Murad Adıgözəlzadə bununla bağlı keçirilən mətbuat konfransında bildirib ki, bu orkestr MDB ölkələri Humanitar Əməkdaşlıq Dövlətlərarası Fond və Moskva Filarmoniyasının dəstəyi ilə fəaliyyət göstərir. Orkestrdə 5 gənc Azərbaycan musiqiçisi çalışır. Direktorun sözlərinə görə, bu gün keçiriləcək konsertlə Filarmoniyanın 2008-2009-cu mövsümün açılışı olacaq. Orkestrin rəhbəri Yuri Simonov deyib ki, orkestr ilk konsertini sentyabrın 13-də Moskva Konservatoriyasının böyük zalında verib. Onun sözlərinə görə, orkestr Bakıdan sonra Düşənbə, Bişkek və Almatıda konsert verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR