Bank Of Baku

Sabah İtaliyanın tanınmış tenoru Cuzeppe Talamo Bakıya gələcək

Sabah İtaliyanın tanınmış tenoru Cuzeppe Talamo Bakıya gələcək
# 17 sentyabr 2008 13:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sabah İtaliyanın tanınmış tenoru Cuzeppe Talamo ilk dəfə Bakıya gələcək. Tenorun ölkəmizə səfərinin məqsədi Bakıda konsert proqramı ilə çıxış etməkdir. Bu barədə APA-ya məlumat verən əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov səfər çərçivəsində C.Talamonun iki konsert proqramı ilə çıxış edəcəyini deyib. İtaliyalı tenorun ilk çıxışı sentyabrın 18-də Milli Musiqi Günü ilə bağlı Bakı Musiqi Akademiyasının qarşısında keçiriləcək konsert proqramında olacaq. Sentyabrın 19-da isə C.Taloma həmyerlimiz Murad Hüseynovla birgə solo konsert verəcək. Onun sözlərinə görə, bu, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək ilk konsert olacaq. Konsertdə İtaliya və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənəcək: “Ən maraqlısı ordadır ki, bizim tenorla bu günə kimi görüşümüz olmayıb. Hətta konsertlə bağlı məşqimiz belə olmayıb. Cəmi bir məşqdən sonra biz artıq səhnəyə çıxıb tamaşaçılar qarşısında çıxış edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR