Bank Of Baku

Alim Qasımov “Times” jurnalına müsahibə verib

Alim Qasımov  “Times” jurnalına müsahibə verib
# 17 sentyabr 2008 21:30 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanın xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə birgə sentyabrın 20-də Berlində konsert verəcək. Xanəndənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 40 dəqiqəlik konsert xüsusi olaraq dövlət adamları üçün təşkil ediləcək. Sentyabrın 22-də Almaniyadan İngiltərəyə yola düşən xanəndə ABŞ-ın “Kronos” kvarteti ilə birgə məşqlərə başlayacaq. Sentyabrın 26-da Londonun “Barbican Hol” konsert salonunda Azərbaycan muğamları ilə müasir dünya musiqisinin sintezindən ibarət konsert təşkil olunacaq. Sentyabrın 27-28-də Londonun səsyazma studiyasında Alim Qasımov və Fərqanə Qasımovanın “Kronos”la birgə konsertinin yüksək səviyyəli CD disklərinin yazılışı nəzərdə tutulub.
Qeyd edək ki, Böyük Britaniya ictimaiyyətinin bu layihəyə xüsusi diqqət ayırdığını nəzərə alaraq, “Times” jurnalının xüsusi müxbiri dünən Bakıya gəlib. Müxbir Alim Qasımovdan aldığı müsahibənin konsertdən əvvəl İngiltərədə yayılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR