Bank Of Baku

Heydər Əliyev Fondu “Üzeyir Dünyası” və “Muğam ensiklopediyası” layihələrinin təqdimatını keçirib

Heydər Əliyev Fondu “Üzeyir Dünyası” və “Muğam ensiklopediyası” layihələrinin təqdimatını keçirib
# 17 sentyabr 2008 16:23 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Heydər Əliyev Fondu “Üzeyir Dünyası” və “Muğam ensiklopediyası” layihələrinin təqdimatını keçirib. APA-nın xəbərinə görə, tədbirdə Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva çıxış edib. Üzeyir Hacıbəyovun muğama yeni həyat verdiyini bildirən M. Əliyeva dahi bəstəkarın muğam operası adlı yeni məktəb yaratdığını qeyd edib. Millət vəkili Üzeyir bəyin təkcə bəstəkar yox, ictimai xadim, pedaqoq, maarifçi, publisist kimi də böyük xidmətlərinin olduğunu vurğulayıb: “Onun “Leyli və Məcnun” operası müsəlman Şərqində yazılan ilk opera olub, “Koroğlu” operası Azərbaycan musiqi tarixində yeni səhifə açıb”.

Millət vəkili onu da əlavə edib ki, Ü. Hacıbəyovun ən böyük xidmətlərindən biri də milli bəstəkarlıq məktəbi və musiqi təhsili yaratmasıdır. Sabah Üzeyir bəyin ad gününün qeyd olunacağını bildirən M. Əliyevanın fikrincə, onun böyüklüyü hər zaman xalq musiqisinin zirvəsi hesab olunan muğamdan istifadə etməsidir. M. Əliyeva “Leyli və Məcnun” operasının 100 illiyinin UNESCO tərəfindən təntənəli qeyd olunduğunu, “Üzeyir Dünyası” layihəsinin bəstəkarın yaradıcılıq irsini bütün dünyada daha yaxşı tanıtmağa xidmət etdiyini vurğulayıb.

“Muğam ensiklopediyası” layihəsi barədə danışan M. Əliyeva ensiklopediyanın 2 cilddən ibarət olduğunu deyib. Ensiklopediyanın 1-ci cildində muğam haqqında məlumat, 2-ci cilddə isə 125 disk toplanıb. Həmin disklərdə 20-ci əsrin əvvəllərindən başlayaraq bir qədər əvvəl keçirilən 2-ci Muğam Müsabiqəsinin iştirakçılarına qədər muğam ifaçılarının ifaları daxil edilib. Muğamın tək Azərbaycanın deyil, artıq bütün dünyanın sərvəti olduğunu qeyd edən M. Əliyeva 2 cildliyin çoxcildliyə çevrilməsini arzu edib.
Millət vəkili Bakıda tikilən Muğam Mərkəzinin yaxın vaxtlarda açılışının olacağını da bildirib.

Təqdimat mərasimində muğam ifaçıları və bəstəkarlar iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR