Bank Of Baku

Azərbaycanda Milli Musiqi Günü ilə əlaqədar silsilə tədbirlərə start verilib

Azərbaycanda Milli Musiqi Günü ilə əlaqədar silsilə tədbirlərə start verilib
# 18 sentyabr 2008 08:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 18 Sentyabr - Milli Musiqi Günü ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə mədəniyyət və incəsənət nümayəndələri bu gün Fəxri Xiyabanda Heydər Əliyevin, Üzeyir Hacıbəyovun və digər görkəmli musiqi xadimlərinin məzarını ziyarət ediblər. APA-nın məlumatına görə, ziyarətdən sonra jurnalistlərə açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Musiqi Gününün Heydər Əliyevin sərəncamı əsasında qeyd edildiyini bildirib: “Bu gün iki görkəmli musiqi xadimimiz - Üzeyir Hacıbəyov və Müslüm Maqomayev anadan olub. Əslində, bu dahi şəxsiyyətlərin doğum günlərini musiqi ictimaiyyəti həmişə qeyd edib, 1995-ci ildən isə bu mərasimlər bir növ rəsmiləşdirildi”.

Ə. Qarayev bildirib ki, hər il olduğu kimi bu il də Azərbaycanda musiqi bayramı Bakı Musiqi Akademiyasının qarşısında, Üzeyir bəyin musiqiləri ilə başlayacaq. Bugünkü konsert proqramında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və Nümunəvi Hərbi Orkestrin ifasında klassik musiqilər səslənəcək.

Qeyd edək ki, Milli Musiqi Günü ilə bağlı günün sonuna kimi silsilə tədbirlər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR