Bank Of Baku

Amerikalı pianoçu Çik Kariya gələn ay filarmoniyada çıxış edəcək

Amerikalı pianoçu Çik Kariya gələn ay filarmoniyada çıxış edəcək
# 18 sentyabr 2008 14:27 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Tanınmış amerikalı caz pianoçu Çik Kariya oktyabrın 29-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində çıxış edəcək. Bu barədə APA-ya filarmoniyanın direktoru Murad Adıgözəlzadə məlumat verib. Yeni mövsümə dünən start verildiyini deyən direktor bildirib ki, bu ilin sonuna kimi Moskva və Rusiyanın digər şəhərlərindən olan dirijorlar və solistlərin konsertləri, noyabr ayında Arif Məlikovun yubileyi ilə əlaqədar simfonik orkestrin konsertləri nəzərdə tutulub. Konsertdə yubilyarın simfoniyaları səslənəcək. M. Adıgözəlzadə həmçinin bildirib ki, dekabrda Mstislav Rostropoviç adına ikinci musiqi festivalı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR