Bank Of Baku

Azərbaycanın Milli Musiqi Günü Türkiyədə də qeyd olunub

Azərbaycanın Milli Musiqi Günü Türkiyədə də qeyd olunub
# 19 sentyabr 2008 08:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın Milli Musiqi Günü Türkiyədə də qeyd olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, bu münasibətlə sentyabrın 18-də Ankarada TÜRKSOY-un baş direktorluğunun binasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü və bəstəkarın “Leyli və Məcnun” operasının 100-cü ildönümü ilə bağlı hazırlanan foto sərginin açılışı olub. Tədbirdə TÜRKSOY baş direktorunun müavini Firat Purtas, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Kamal Fahir Gənc və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Rəşad Vahabzadə iştirak ediblər. Mərasimdə çıxış edənlər bəstəkarın həyat və yaradıcılığından danışıblar. Sərgi bir həftə müddətində TÜRKSOY-un binasında nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR