Bank Of Baku

Moskvada keçirilən beynəlxalq sirk festivalında Azərbaycan da təmsil olunur

Moskvada keçirilən beynəlxalq sirk festivalında Azərbaycan da təmsil olunur
# 19 sentyabr 2008 09:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Böyük Moskva Sirkində keçirilən “Zolotoy buf” beynəlxalq sirk festivalında Azərbaycan da təmsil olunur. Bu barədə APA-ya məlumat verən Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov deyib ki, dünən artıq festivalın I turu başa çatıb. Bakı Dövlət Sirkini festivalda hava gimnastı Allahverdi İsrafilov təmsil edir. M. Hümbətovun sözlərinə görə, ötən gün baş tutan turda həmyerlimiz yüksək səslə növbəti tura vəsiqə qazanıb. Dünyanın bütün sirk ölkələrinin də təmsil olunduğu festivalın final mərhələsi bu ilin dekbarında keçiriləcək. Bu turların tamaşaçı səsi əsasında keçirildiyini qeyd edən mətbuat xidmətinin rəhbəri, dekabrda sirk ustalarının münsiflər heyəti tərəfindən seçiləcəyini deyib. Fetsivalın müəllifi və rejissoru Mosvkva Dövlət Sirkinin departament direktoru, həmyerlimiz Murad Abdullayevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR