Bank Of Baku

Azərbaycanı “Qızıl minbər” müsəlman filmləri festivalında təmsil edəcək filmlər dəqiqləşib

Azərbaycanı “Qızıl minbər” müsəlman filmləri festivalında təmsil edəcək filmlər dəqiqləşib
# 19 sentyabr 2008 10:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 16-22 oktyabr tarixlərində Kazanda keçiriləcək “Qızıl minbər” müsəlman filmləri festivalının müsabiqəsində Azərbaycanı Ramiz Fətəliyevin “Hökmdarın taleyi” və Mehriban Ələkbərzadənin “Məhkumlar” filmləri deyil, müstəqil prodüser mərkəzlərində istehsal olunan “Düyün” və “Səhra gülü” filmləri təmsil edəcək. APA-nın məlumatına görə, Əli İsa Cabbarovun rejissoru olduğu “Düyün” filmi “Dərviş” Prodüser Mərkəzində, Tahir Əliyevin rejissoru olduğu “Səhra gülü” filmi isə AzTV-də istehsal olunub. Festivalın rəsmi internet saytı olan www.mfmk.ru-da da ölkəmizin “Düyün” və “Səhra gülü” filmləri ilə təmsil olunacağı qeyd olunur. Bu faktı APA-ya Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən də təsdiqləyiblər. Şöbədən verilən məlumatda bildirilib ki, Ramiz Fətəliyevin “Hökmdarın” taleyi filmi festivalın müsabiqəsində iştirak etməsə də, festival çərçivəsində bu filmin nümayişi nəzərdə tutulur. Digər “Məhkumlar” filmi ətrafında isə mübahisələr yarandığından filmin festivalda iştirakı təsdiqlənməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR