Bank Of Baku

Dövlət Akademik Opera və Balet Teatrında 100-cü yubiley mövsümünün ilk qastrol tamaşası keçiriləcək

Dövlət Akademik Opera və Balet Teatrında 100-cü yubiley mövsümünün ilk qastrol tamaşası keçiriləcək
# 19 sentyabr 2008 11:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 100-cü yubiley mövsümünün ilk qastrol tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, həmin gün P.İ. Çaykovskinin “Qu gölü” baletinin tamaşasında əsas rollarda dünya baletinin ulduzları- Tatyana Çernobrovkina (Odetta-Odilliya) və Aleksandr Volçkovun (Şahzadə Ziqfrid) çıxış edəcəklər. Digər rolları Akademik Opera və Balet Teatrı balet trubbasının solistlərindən əməkdar artistlər Gülağası Mirzəyev, Kamilla Hüseynova, Rimma İsgəndərova, Yelena Skomoroşenko, Samir Səmədov, Yuri Lobaçov və başqaları ifa edəcək.
Qeyd edək ki, Rusiyanın xalq artisti Tatyana Çernobrovkina bir sıra beynəlxalq müsabiqələrin qalibidir. Balet ustası K.S.Stanislavski və V.İ. Nemiroviç –Dançenko adına Musiqi Akademik Teatrın solistidir. O, Paris, London, Nyu-York və başqa şəhərlərdə çıxış edib. Onun tərəfmüabili Aleksandr Volçkov hazırda Rusiya Akademik Böyük Teatrının ən parlaq və istedadlı rəqqaslarından biri hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR