Bank Of Baku

Azərbaycanda “Sualtı dünyamız” adlı sənədli filmin istehsalına başlanıb

Azərbaycanda “Sualtı dünyamız” adlı sənədli filmin istehsalına başlanıb
# 19 sentyabr 2008 12:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova -APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” sənədli filmlər studiyasında “Sualtı dünyamız” adlı sənədli filmin istehsalına başlanılıb. Bu barədə APA-ya məlumat verən filmin quruluşçu rejissoru İqbal Məmmədəliyev bildirib ki, film üçün müxtəlif dövrlərdə su altında qalmış Şirvan qoruğu ərazisindəki Bəndovan burnunda Muğan şəhəri, Qumqəsrinin qalıqları, Bayıl karvansarayında çəkilişlər aparılacaq. Filmin ssenari müəllifi Rəfiqə Budaqova (Məsud), ideya müəllifi İran vətəndaşı olan Eyyub Danişvərdir. İ. Məmmədəlieyv deyib ki, filmin çəkilişləri Bakı buxtası, Cəgqu-Muğan, Qarasu, Gilov, Nargin adalarında, Zirədə Gürgan burnunda, Bilgəhdə Amburanda aparılacaq. İki ay əzrində aparılacaq çəkilişlərdən sonra bu ilin sonuna kimi filmin tədqimatı nəzərdə tutulur. Filmin çəkilişləri Azərbaycan Müdafiə Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yardımı ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR