Bank Of Baku

Amerikanın “C.J. Chenier and The Red Hot Loisiana Band” caz qrupu Sumqayıtda çıxış edib

Amerikanın “C.J. Chenier and The Red Hot Loisiana Band” caz qrupu Sumqayıtda çıxış edib
# 19 sentyabr 2008 12:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Amerikanın “C.J. Chenier and The Red Hot Loisiana Band” caz qrupu Sumqayıt şəhərinin “Kimyaçılar” mədəniyyət sarayının qarşısında geniş konsert proqramı ilə çıxış edib. Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, ABŞ-ın ölkəmizdəki səfirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, şəhər Mədəniyyət və Turizm idarəsinin təşkilatçılığı ilə keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, konsertdə Luiziana ştatının Amerika xalq musiqisinin unikal nümunələri ifa ediib. Si Djeyin rəhbərlik etdiyi qrup konsertdə vals, blyuz, rok-n-rol janrında musiqilər səsləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR