Bank Of Baku

Xalq rəssamı Nadir Qasımovun sərgisi açılıb

Xalq rəssamı Nadir Qasımovun sərgisi açılıb
# 19 sentyabr 2008 15:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində Azərbaycanın xalq rəssamı Nadir Qasımovun 80 illiyi münasibəti ilə sərgisi açılıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri ƏBülfəs Qarayev N. Qasımovun Azərbaycan incəsənətində danılmaz xidmətləri olduğunu vurğulayıb. Rəssamın həyat və yaradıcılığına da nəzər salan nazir, N.Qasımovun 1941-46-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məkətbində, 1947-53-cü illərdə Sankt-Petrburqda təhsil aldığını bildirib. Ə. Qarayev rəssamın 1961 və 71-ci illərdə açılan fərdi sərgilərinin xüsusi yeri olduğunu vurğulayıb. Azərbaycan Rəssamlıq İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov N. Qaslmovun çox gözəl ürəyə sahib olduğunu diqqətə çatdırıb. Rəssamın çox tez vəfat etdiyini bildirən Fərhad Xəlilov, onu Azərbaycan rəssamlığında ən önəmli simalardan biri kimi qiymətləndirdiyini də vurğulayıb. Yubiley sərgisində rəssamın Dövlət İncəsənət Muzeyi, Dövlət Rəsm Qalereyası və ailə kolleksiyasından götürülmüş 80-ə yaxın əsəri nümayiş etdirilib. Sərgi 5 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR