Bank Of Baku

Milli Azərbaycan Tarixi Muzeyində Bakının azad edilməsinə həsr olunmuş sərgi açılıb

Milli Azərbaycan Tarixi Muzeyində Bakının azad edilməsinə həsr olunmuş sərgi açılıb
# 19 sentyabr 2008 15:18 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Qafqaz İslam Ordusu və Bakının rus-daşnak qoşunundan azad edilməsinə həsr olunmuş sərgi açılıb. APA-nın məlumatına görə, sərgidə Qafqaz İslam Ordusunun tarixi, döyüşlərinə dair məlumatlar, əsgərlərinin geyimləri, silahları nümayiş olunub. Sərgi ilə tanış olan Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç sərginin gözəl hazırlandığını və burada Azərbaycan-Türkiyə qardaşlığının əks olunduğunu bildirib. Sərginin iştirakçılarına yenicə çapdan çıxmış Mehman Süleymanovun “Nuru Paşa”, Qaimmaqam Rüştü Türkərin “Qafqaz Türk İslam Ordusu Bakı yollarında” kitabı təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR