Bank Of Baku

İtaliyalı tenor Bakıda azərbaycanlı pianoçu ilə birgə konsert verib

İtaliyalı tenor Bakıda azərbaycanlı pianoçu ilə birgə konsert verib
# 19 sentyabr 2008 16:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Tarixi Muzeyində ilk dəfə Bakıya gələn italiyalı tenor Cuzeppe Talamo həmyerlimiz, pianoçu Murad Hüseynovla birgə solo konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, İtaliyanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi konsertdə İtaliya və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib. İki saata yaxın davam edən konsertdə Murad Hüseynovun tək çıxışı da olub.
İtaliyalı tenor dünən Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Gününə həsr olunmuş tədbirdə də çıxış edib. C. Talamo APA-ya açıqlamasında bildirib ki, bundan sonra Azərbaycana tez-tez gələcək: “Mən çox təəssüf edirəm ki, indiyə qədər Azərbaycana gəlməmişəm. Azərbaycanda olduğuma görə, fəxr edirəm”.
Qeyd edək ki, 28 yaşlı C. Talamo bir sıra beynəlxalq müsabiqələrin iştirakçısı və qalibi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR