Bank Of Baku

Ştutqartda Azərbaycanda yaşayan almanların mədəniyyətinə həsr olunan sərgi açılacaq

Ştutqartda Azərbaycanda yaşayan almanların mədəniyyətinə həsr olunan sərgi açılacaq
# 20 sentyabr 2008 09:17 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Almaniyanın Ştutqart şəhərində almanların Azərbaycana köçüb gəlməsinin 190 illiyinə həsr olunmuş fotosərgi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Ştutqart Beynəlxalq Əlaqələr İnstitutu və Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin birgə layihəsi əsasında təşkil olunacaq. Bu barədə APA-ya Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Çingiz Abdullayev məlumat verib. Noyabrın sonunda açılacaq sərgidə Azərbaycanda yaşayan almanların mədəniyyəti, həyatı, abidələri, adət-ənənələri əks olunacaq. Ç. Abdullayev bildirib ki, almanların köçüb gəlməsinin 190 illiyi münasibəti ilə Azərbaycanda da silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR