Bank Of Baku

Azərbaycanlı rəssamın Türkiyə, Rumıniya və İranda sərgiləri təşkil olunacaq

Azərbaycanlı rəssamın Türkiyə, Rumıniya və İranda sərgiləri təşkil olunacaq
# 22 sentyabr 2008 10:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 24-də da Əzim Əzimzadənin Ev muzeyində əməkdar incəsənət xadimi Bayram Hacızadənin “Müasir Azərbaycan Karikaturası” adlı fərdi sərgisinin açılışı olacaq. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi İdarə heyətindən APA-ya bildirilib ki, sərgidə rəssamın beynəlxalq karikatura müsabiqələrində mükafat almış 50-dən artıq əsəri nümayiş olunacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər Mədəniyyət İdarəsi, Ə.Əzimzadə Ev Muzeyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Karikaturaçılar Birliyinin dəstəyi ilə keçiriləcək. 2009-cu ildə Türkiyədə, Rumınyada və İranda rəssamın bu əsərlərdən ibarət fərdi sərgiləri təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR