Bank Of Baku

Rusiyalı solist Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çıxış edəcək

Rusiyalı solist Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çıxış edəcək
# 22 sentyabr 2008 10:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Novosibirsk Dövlət Musiqili Komediya Teatrının aparıcı solistlərindən olan Lyudmila Şalyapina Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çıxış edəcək. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, Rusiyanın əməkdar artisti, “Qızıl Maska” Milli teatr mükafatı laureatı Lyudmila Şalyapina İ. Kalmanın “Maritsa” operettasında Maritsa rolunu ifa etmək üçün Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. L. Şalyapinin oktyabrın 12-də paytaxta gələcəyi gözlənilir. L. Şalyapina 20 ildən artıqdır ki, Novosibirsk Dövlət Musiqili Komediya Teatrının aparıcı solistlərindən biri olaraq klassik repertuarda başlıca rollarının ifaçısıdır. L. Şalyapinanın Bakıdakı tərəf müqabilləri- İnara Babayeva, Firuz Məmmədov, Marina Litvinenko, Yuliya Sidorova, Fərid Əliyev, Nadejda Poveliçına, Svetlana Bulax və başqaları olacaq. Tamaşanın quruluşçu rejissoru xalq artisti, professor Cənnət Səlimovadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR