Bank Of Baku

Turan Cavid haqqında sənədli film çəkilib

Turan Cavid haqqında sənədli film çəkilib
# 23 sentyabr 2008 11:14 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanın əməkdar mədəniyyət işçisi, Hüseyn Cavidin qızı Turan Cavidin xatirəsinə həsr olunmuş sənədli film çəkilib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev muzeyinin direktoru Gülbəniz Babaxanlı məlumat verib. T. Cavidin anadan olmasının 85 illiyinə həsr edilmiş filmin ssenari müəllifi Sadıq Elcanlı, rejissoru Ramiz Həsənoğludur. Filmdə xalq yazıçısı Anar, filologiya elmləri namizədi Aydın Talıbzadə, Gülbəniz Babaxanlı, Fəridə Quliyeva və başqaları çıxış edərək, Cavidlər ailəsinin taleyindən, T. Cavidin xidmətlərindən söz açıblar. Film Azərbaycan tamaşaçılarına oktyabrın 2-də təqdim ediləcək.
G. Babaxanlı Turan Cavidin 85 illiyinə həsr olunmuş kitabın da nəşrə hazırlandığını bildirib. Kitabda Turan xanımın həyat və yaradıcılığına dair sənədlər, onun məqalələri, mühazirələri, yazışmaları, fəaliyyəti ilə bağlı məlumatlar toplanacaq. Kitabın ilin sonuna kimi nəşr edilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR