Bank Of Baku

Bakı Musiqi Akademiyasının dosentləri İtaliyada keçirilən “İbla Qran-Pri” beynəlxalq musiqi festivalının diplomuna layiq görülüblər

Bakı Musiqi Akademiyasının dosentləri İtaliyada keçirilən “İbla Qran-Pri” beynəlxalq musiqi festivalının diplomuna layiq görülüblər
# 23 sentyabr 2008 13:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosentləri, pianoçular Maya Sadıqzadə və Fəridə Əhmədbəyova İtaliyada keçirilən “İbla Qran-Pri” beynəlxalq musiqi festivalında iştirak ediblər. Bu barədə APA-ya məlumat verən festival iştirakçısı Maya Sadıqzadə bildirib ki, onların festival çərçivəsində keçirilən müsabiqədə fərqlənmə diplomuna layiq görülüblər. Festival çərçivəsində birgə konsert verən pianoçular proqramda Azərbaycan bəstəkarıarı Qara Qarayev, Arif Məlikovla yanaşı, Bax, Motsart və digər dünya bəstəkarlarının əsərlərini ifa ediblər. M. Sadıqzadə qeyd edib ki, səfər çərçivəsində hər iki pianoçu bu ilin sonunda Çində keçiriləcək beynəlxalq musiqi festivalına dəvət olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR