Bank Of Baku

Firəngiz Əhmədovanın 80 illik yubileyi qeyd olunub

Firəngiz Əhmədovanın 80 illik yubileyi qeyd olunub
# 24 sentyabr 2008 11:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında SSRİ xalq artisti Firəngiz Əhmədovanın 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən teatrın direktoru Akif Məlikov yubilyarın lirik-dramatik soprano səs tembrinə malik müğənni olduğunu bildirib. F.Əhmədovanın həyat və yaradıcılığına nəzər salan teatr rəhbəri, yubilyarın 1950-70-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində istər milli, istərsə də rus və Qərbi Avropa bəstəkarlarının operalarında uğurla çıxış etdiyini qeyd edib. A. Məlikov deyib ki, F. Əhmədova Ü. Hacıbəyovun “Koroğlu” operasında Nigar, M. Maqomayevin “Şah İsmayıl” operasında Gülzar, “Nərgiz” operasında Nərgiz, F. Əmirovun “Sevil” operasında Sevil, C. Cahangirovun “Azad” operasında Səriyyə, S. Ələsgərovun “Bahadır və Sona” operasında Sona və digər yaddaqalan obrazlar yaradıb. Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və başqaları yubilyarı təbrik ediblər. F. Əhmədova ona olan diqqətə görə öz təşəkkürünü bildirib, gənclərə öz üzərlərində işləməyi məsləhət görüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR