Bank Of Baku

Dirijor Ziya Bağırov 70 illik yubileyi münasibəti ilə mükafatlandırıb

Dirijor Ziya Bağırov 70 illik yubileyi münasibəti ilə mükafatlandırıb
# 25 sentyabr 2008 08:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında uzun illərdir dirijor kimi çalışan əməkdar artist Ziya Bağırov 70 illik yubileyi münasibəti ilə mükafatlandırıb. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, yubileyara mükafat mədəniyyət və turizm naziri Əbülfəz Qarayev tərəfindən verilib. 1962-1972-ci illərdə Z. Bağırov Bakı Hərbi Mahnı və Rəqs ansanblında, 1972-1978-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində, 1978-1998-ci illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının F.Əmirov adına Mahnı və Rəqs ansanblında dirijor vəzifəsində çalışıb. 1962-ci ildən 1998-ci ilə qədər iş fəaliyyəti ilə bağlı bir çox xariсi ölkələrdə qastrol səfərlərində olan Z.Bağırov, bu səfərlər zamanı Azərbaycan mədəniyyətini təmsil edib. O, 1999-cu ildən etibarən isə Musiqili Komediya Teatrında çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR