Bank Of Baku

Azərbaycanlı dirijor Polşada Baltik Filarmoniyasının Böyük zalında çıxış edəcək

Azərbaycanlı dirijor Polşada Baltik Filarmoniyasının Böyük zalında çıxış edəcək
# 25 sentyabr 2008 08:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev Polşa Dövlət Kamera orkestrinin bədii rəhbəri, Frankfurt Konservatoriyasının professoru Voycex Rayskiden həmin kollektivlə cıxış etmək üçün dəvət alıb. Dəvətə əsasən Əyyub Quliyev Polşa Dövlət Kamera orkestri ilə birgə oktyabrın sonlarında Polşada Baltik Filarmoniyasının Böyük zalında çıxış edəcək. Ə.Quliyev APA-ya bildirib ki, konsertin proqramına görkəmli Azərbaycan bəstəkarları – Ü. Hacıbəyov, Q. Qarayev, F. Əmirov və Niyazinin əsərləri daxil edilib. Onun sözlərinə görə, Azərbaycan musiqisi ilk dəfə olaraq Polşa Dövlət Kamera orkestrinin ifasında səslənəcək. Dünyanın ən yaxşı kamera orkestrlərindən biri kimi populyarliq qazanan orkestrin baş dirijoru və solisti dünyaşöhrətli musiqiçi, “Grammy” mükafatı laureatı Naydjel Kennedidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR