Bank Of Baku

Alman və fransız aktrisaları Bakı Uşaq Teatrında çalışacaqlar

Alman və fransız aktrisaları Bakı Uşaq Teatrında çalışacaqlar
# 26 sentyabr 2008 09:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Alman və fransız akstirasaları bir il ərzində Bakı Uşaq Teatrında çalışacaqlar. Bu barədə APA-ya məlumat verən teatrın direktoru İntiqam Soltan aktrisaların öz istəkləri ilə teatra müraciət etdiklərini bildirib. Onun sözlərinə görə, bir fransız və bir alman aktrisası gələn ilin mayın 31-dək bu teatrda fəaliyyət göstərəcək: “Fransız aktrisasının adı Karmen, alman aktrisasının adı isə Ninadır. Bu aktrisalar internet vasitəsi ilə bizim fəaliyyətmizlə tanış olaraq, teatrımıza müraciət ediblər. Onlar məvacib almadan çalışmağa razılıq veriblər. Yaxın vaxtlarda bu aktrisaları tamaşalarda görəcəksiniz”.
İ. Soltan onu da deyib ki, sentyabrın 27-də teatrın VII mövsümünün açılışı keçiriləcək. Müvəqqəti olaraq H. Sarabski adına Mədəniyyət Evində fəaliyyət göstərən teatr kollektivi mövsümün açılışında “Əhmədin yuxusu” tamaşasını nümayiş etdirəcək. Teatr mövsümünün “Azərbaycan” adı altında açılacağını qeyd edən İ.Soltan, mövsüm ərzində Azərbaycana həsr olunacaq tamaşaların hazırlancağını vurğulayıb. Bununla yanaşı hazırda teatrda Vidadi Əliyevin quruluşunda Panço Pançevin “Əkizlərin nağılı” və İ. Soltanın quruluşunda İmir Məmmədlinin “Çarə” əsəri səhnələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR