Bank Of Baku

Vaqif Mustafayevin “Milli bomba” filmi Moskvada keçiriləcək beynəlxalq kino festivalında nümayiş olunacaq

Vaqif Mustafayevin “Milli bomba” filmi Moskvada keçiriləcək beynəlxalq kino festivalında nümayiş olunacaq
# 26 sentyabr 2008 10:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Kinorejissor Vaqif Mustafayevin “Milli bomba” filmi Moskvada keçiriləcək “Novaya vremya XXI” (“Yeni zaman XXI”) V beynəlxalq kino festivalında nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən APA-ya bildirilib ki, bu film bir neçə il bundan əvvəl bu festivalın Qran-pri mükafatına layiq görülüb. Festivalın beş illik yubileyi çərçivəsində Təşkilat Komitəsi ötən illərdə qalib olmuş filmlərin nümayişini keçirmək qərarına gəliblər. Bununla bağlı Təşkilat Komitəsi “Milli bomba”nın nümayişi üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib. Müraciəti müsbət qiymətləndirən nazilik filmi festivala göndərilib. “Novaya vremya XXI” beynəlxalq festivalı sentyabrın 30-dan oktyabrın 4-dək Moskvada keçiriləcək.
Qeyd edək ki, 2002-ci ildə istehsal olunan “Milli bomba” filmində rolları Yaşar Nuri, Səidə Quluyeva, Nuriyyə Əhmədova və digər aktyorlar canlandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR