Bank Of Baku

Tatarıstan Milli Kitabxanasında mühafizə olunan Xalq Cümhuriyyətinə dair sənədlər Azərbaycan Milli Kitabxanasına veriləcək

Tatarıstan Milli Kitabxanasında mühafizə olunan Xalq Cümhuriyyətinə dair sənədlər Azərbaycan Milli Kitabxanasına veriləcək
# 02 oktyabr 2008 12:24 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Tatarıstan Milli Kitabxanasında mühafizə olunan Azərbaycan Xalq Cümhuriyyətinə dair qiymətli tarixi sənədlər Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına təqdim ediləcək. Kitabxanadan APA-ya verilən məlumata görə, eyni zamanda Azərbaycan Milli Kitabxanası tərəfindən Tatarıstan tarixinə, tatar yazıçı və şairlərinin yaradıcılığına dair qiymətli kitabların da Tatarıstan Milli Kitabxanasına təqdimatı nəzərdə tutulur.

Azərbaycanda qeyd edilən Tatarıstan Mədəniyyəti Günləri çərçivəsində həyata keçiriləcək təqdimat mərasimində Milli Kitabxananın fondunda mühafizə olunan tatar ədəbiyyatı nümunələrindən ibarət kitab sərgisi təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR