Bank Of Baku

Minskdə Beynəlxalq Memarlar İttifaqı Assosiasiyasının XVI toplantısı keçirilir

Minskdə Beynəlxalq Memarlar İttifaqı Assosiasiyasının XVI toplantısı keçirilir
# 02 oktyabr 2008 13:56 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Minskdə Beynəlxalq Memarlar İttifaqı Assosiasiyasının (BMİA) Koordinasiya Şurasının XVI toplantısı və MDB ölkələri paytaxtının baş memarlar Şurasının VIII toplantısı başlayıb. Oktyabrın 5-dək davam edəcək tədbirdə Azərbaycanı BMİA-nın Koordinasiya Şurasının üzvü, Azərbaycan Memarlar İttifaqının birinci katibi Elbəy Qasımzadə təmsil edir. Bu barədə APA-ya Azərbaycan Memarlar İttifaqından məlumat verilib. Tədbir çərçivəsində BMİA-nın Beynəlxalq Memarlar Gününə həsr olunmuş 2008-ci ilin ən yaxşı layihəsinə beynəlxalq baxış-müsabiqəsi keçiriləcək. Azərbaycan bu müsabiqəyə 5 layihə ilə qoşulub.
Qeyd edək ki, 1992-ci ildə təsdiq edilmiş BMİA –da Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Rusiya, həmçinin Kiyev, Moskva, Sankt-Peterburq şəhərlərinin Memarlar İttifaqları təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR