Bank Of Baku

Kinorejissor Arif Babayevin 80 illik yubileyi keçiriləcək

Kinorejissor Arif Babayevin 80 illik yubileyi keçiriləcək
# 02 oktyabr 2008 14:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Əməkdar incəsənət xadimi, kinorejissor Arif Babayevin 80 illik yubileyi keçiriləcək. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya deyib ki, yubiley tədbiri oktyabrın 10-da Muzey Mərkəzində baş tutacaq. Tədbirdə Arif Babayevin rejissoru olduğu filmlərdən fraqmentlər göstəriləcək, kinoşünaslar, yaxınları onun həyat və yaradıcılığından söhbət açacaqlar. Muzeyin foyesində isə mərhum kinorejissorun fotoşəkillərindən ibarət sərgi nümayiş olunacaq.
Qeyd edək ki, Arif Babayev “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Alma almaya bənzər”, “Bizi bağışlayın”, “Birisi gün gecə yarısı” və digər tanınmış bədii filmlərin rejissoru olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR