Bank Of Baku

Naxçıvan teatrının 125 illik yubileyi qeyd olunub

Naxçıvan teatrının 125 illik yubileyi qeyd olunub
# 03 oktyabr 2008 07:51 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA. Naxçıvan teatrının 125 illik yubileyi rəsmi səviyyədə qeyd olunub. APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov teatrın keçdiyi inkişaf yolu ilə bağlı məruzə ilə çıxış edib. Prezident İlham Əliyev tərəfindən teatrın 125 illik yubileyinin geniş qeyd olunması haqqında sərəncam imzalandığını deyən V. Talıbov sərəncama uyğun olaraq hazırlanan tədbirlər planı çərçivəsində il ərzində Naxçıvan teatrı haqqında filmin çəkildiyini, teatrın ölkənin müxtəlif bölgələrinə qastrol səfərlərinin təşkil olunduğunu bildirib. C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı aktyorları S. Vurğunun «Fərhad və Şirin» dramı əsasında hazırlanan tamaşa təqdim ediblər. Yubiley tədbiri çərçivəsində «Naxçıvan teatrı—125» adlı sərgiyə baxış keçirilib.
Qeyd edək ki, C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 1883-cü ildə maarifçi ziyalıların iştirakı və təşəbbüsü ilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR