Bank Of Baku

“Günaydın, mələyim” filminə ictimai baxış keçirilib

“Günaydın, mələyim” filminə ictimai baxış keçirilib
# 03 oktyabr 2008 10:14 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün “Azərbaycan” kinoteatrında dövlət sifarişi ilə istehsal olunmuş “Günaydın, mələyim” bədii filminə ictimai baxış keçirilib. APA-nın məlumatına görə, 100 dəqiqəlik filmin çəkilişləri Bakı, Pirqulu, Xızı və Şamaxıda aparılıb. Müharibə və onun ağır nəticələrindən bəhs olunan filmdə tənha qalan bir ananın çətin həyatı təsvir olunub.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Oqtay Mirqasımov, quruluşu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Mayis Ağabəyov, Nazim Bəykişiyev, bəstəkarı Elmar Feldir. Filmdə əsas rolları Ayan Mirqasımova, Bəsti Cəfərova, Fuad Poladov, Telman Adıgözəlov, Şamil Süleymanov, Bəxtiyar Xanızadə, Cəfər Namiq Kamal, Qurban İsmayılov ifa ediblər.

Filmin nümayişindən sonra keçirilən mətbuat konfransında Oqtay Mirqasımov eyni kollektivlə işləməyi çox sevdiyini bildirib: “Mən insanlara öyrəşirəm, doğmalaşıram. Kino sadə iş deyil. Bu, iynə ilə gor qazmaqdır, amma problemlər çox tez unudulur, yadda yaxşı xatirələr qalır”. Qeyd edək ki, sabah “Azərbaycan” kinoteatrında filmin premyerası keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR