Bank Of Baku

Rejissor Ramiz Həsənoğluna həsr olunan film çəkilib

Rejissor Ramiz Həsənoğluna həsr olunan film çəkilib
# 03 oktyabr 2008 10:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Vaxt gözləmir” sənədli televiziya filminin istehsalı başa çatıb. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən APA-ya bildirilib ki, film rejissor Ramiz Həsənoğlunun həyat və yaradıcılığına həsr olunub. 30-dan artıq televiziya tamaşasına quruluş verən tanınmış rejissorun fəaliyyətinin maraqlı məqamlarına, çəkiliş meydançasında keçirdiyi anlara, məşq prosesinə filmdə geniş yer verilib. Filmin ssenari müəllifi Camal Yusifzadə, rejissoru Miri Rzayev, operatoru Mətləb Yaqubovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR