Bank Of Baku

Azərbaycanlı karikaturaçı-rəssam xaricdə iki müsabiqədə xüsusi mükafata layiq görülüb

Azərbaycanlı karikaturaçı-rəssam xaricdə iki müsabiqədə xüsusi mükafata layiq görülüb
# 04 oktyabr 2008 09:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyədə keçirilən Bursa Beynəlxalq Karikatura və Argentinada keçirilən «Diògenes Taborda» Beynəlxalq Karikatura müsabiqələrində Azərbaycan karikaturaçısı xüsusi mükafata layiq görülüb.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən APA-ya bildirilib ki, hər iki müsabiqənin xüsusi mükafatı ilə təltif olunan azərbaycanlı karikaturaçı-rəssam, Rəssamlar Birliyinin üzvü Seyran Cəfərlidir. Məlumatda bildirilir ki, 50-yə yaxın ölkəni təmsil edən yüzlərlə karikaturaçı arasında həmyerlimizin xüsusi mükafata layiq görülməsi rəssamın əməyinin nəticəsi, müasir Azərbaycan karikaturasının beynəlxalq karikatura aləmində uğurudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR