Bank Of Baku

Tatarıstan Milli Kitabxanasında mühafizə olunan tarixi sənədlər Azərbaycana təqdim olunub

Tatarıstan Milli Kitabxanasında mühafizə olunan tarixi sənədlər Azərbaycana təqdim olunub
# 04 oktyabr 2008 12:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Tatarıstan Milli Kitabxanasında mühafizə olunan Azərbaycan Xalq Cümhuriyyətinə dair qiymətli tarixi sənədlər Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına təqdim edilib.
APA-nın məlumatına görə, tarixi sənədlər Bakıda səfərdə olan Tatarıstanın nümayəndə heyəti tərəfindən verilib. Tədbirdə eyni zamanda Azərbaycan Milli Kitabxanası tərəfindən Tatarıstan tarixinə, tatar yazıçı və şairlərinin yaradıcılığına dair qiymətli kitabların da Tatarıstan Milli Kitabxanasına təqdimatı olub.
Azərbaycanda bu gündən öz işinə başlayan Tatarıstan Mədəniyyət Günləri çərçivəsində həyata keçirilən təqdimat mərasimində Milli Kitabxananın fondunda mühafizə olunan tatar ədəbiyyatı nümunələrindən ibarət kitab sərgisi təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR