Bank Of Baku

Bakıda “Almaniya bir rəssamın gözü ilə: qara, qırmızı və qızılı rənglərdə” adlı sərgi açılıb

Bakıda “Almaniya bir rəssamın gözü ilə: qara, qırmızı və qızılı rənglərdə” adlı sərgi açılıb
# 06 oktyabr 2008 11:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Dövlət Rəssamlıq Akademiyasında “Almaniya bir rəssamın gözü ilə: qara, qırmızı və qızılı rənglərdə” adlı sərginin açılış mərasimi keçrilib. APA-nın məlumatına görə, sərgi Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Qız qalası” rəsm qalereyası, “Kapital Bank” və “Standart İncurance”nin təşkilatçılığı ilə keçirilir. Sərginin açılışında çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Per Stankina Almaniya ilə Azərbaycanda arasında mədəni əlaqələrinin genişlənməsinə sevindiyini bildirib. Səfir bu sərgilərin ənənə halını aldığını vurğulayıb. Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov tələbələrin bu cür sərgilərdə fəallıq göstərdiyini bildirib. Sərgidə mövzu ilə bağlı rəsm əsərləri nümayiş olunub və qalib rəssamlar diplomla təltif olunublar.
Qeyd edək ki, sərginin nümayişi oktyabrın 16-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR