Bank Of Baku

MDB dövlətlərinin V Gənclər Delfi Oyunlarında Azərbaycanı 21 nömrəli Musiqi Məktəbinin şagirdləri təmsil edəcək

MDB dövlətlərinin V Gənclər Delfi Oyunlarında Azərbaycanı 21 nömrəli Musiqi Məktəbinin şagirdləri təmsil edəcək
# 06 oktyabr 2008 14:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 20-26 oktyabr tarixlərində Belarusun Minsk şəhərində keçiriləcək MDB dövlətlərinin V Gənclər Delfi Oyunlarında Bakı şəhər L. və M. Rostropoviçlər adına 21 nömrəli Musiqi Məktəbinin şagirdləri Azərbaycanı təmsil edəcəklər. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyindən bildirilib. Məlumata görə, gənclərin digər xalqların mədəniyyətinə hörmət və tolerantlıq ruhunda tərbiyə olunması məqsədilə 2002-ci ildən başlayaraq keçirilən MDB dövlətlərinin Gənclər Delfi Oyunlarında Azərbaycanın uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri uğurla iştirak ediblər. Onlar MDB dövlətlərinin I (2002, Rusiya Federasiyası, Bryansk), II (2004, Moldova Respublikası, Kişinyov), III (2005, Ukrayna, Kiyev), IV (2006, Qazaxıstan Respublikası, Astana) Gənclər Delfi Oyunlarında müxtəlif nominasiyalar üzrə müvəffəqiyyətlə çıxış edərək qızıl medal və diplomlara layiq görülüblər. Minskdə keçiriləcək növbəti, V Gənclər Delfi Oyunlarında Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Günay Ağalarova (fortepiano), Prezident təqaüdçüləri Elgün Ağazadə (skripka) və İsrafil Rəsulov (truba) iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR