Bank Of Baku

Nəsibə Zeynalovanın şəxsi fondu Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib

Nəsibə Zeynalovanın şəxsi fondu Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib
# 07 oktyabr 2008 10:17 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanın xalq artisti Nəsibə Zeynalovanın şəxsi arxivinin bir hissəsi Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib. Qurumun direktoru Maarif Teymurovun APA-ya verdiyi məlumata görə, sənədləri arxivə görkəmli gülüş ustasının oğlu Cahangir Novruzov təqdim edib.
N. Zeynalovanın həyat və yaradıcılığına dair 500-ə yaxın sənəd arxivə qəbul olunub. Sənədlərin sırasında aktrisanın oynadığı obrazlar barəsində qeydləri, teatr sənəti və həmkarları ilə bağlı xatirələri, fərdi və tərəf müqabilləri ilə fotoşəkilləri, müxtəlif illərdə layiq görüldüyü mükafatlar yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR