Bank Of Baku

“Arşın mal alan” operettasının 90 illik yubileyi qeyd olunacaq

“Arşın mal alan” operettasının 90 illik yubileyi qeyd olunacaq
# 08 oktyabr 2008 09:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Arşın mal alan” operettasının 90 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək. Oktyabrın sonlarına təsadüf edəcək yubiley tədbiri Üzeyir Hacıbəyovun Ev Muzeyində təşkil olunacaq. Tədbir çərçivəsində operettanın müxtəlif illərdə çəkilmiş fotoşəkillərindən ibarət sərgi də nümayiş olunacaq. Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov APA-ya deyib ki, hazırda muzeydə Üzeyir Hacıbəyovun müxtəlif əsərlərinin klavir variantı hazırlanır. S. Fərəcov artıq neçə vaxtdır ki, hazırlanan “Leyli və Məcnun” operasının klavir variantının bu günlərdə təqdim olunacağını deyib. Elə bu günlərdə hazırlanmış toplunun musiqi məktəblərinə paylanması nəzərdə tutulur. Bundan sonra isə muzey əməkdaşları tərəfindən bəstəkarın “Əsli və Kərəm”, “Şah Abbas”, “Ər və arvad” əsərlərinin klavir variantı hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR