Bank Of Baku

Qəbələdə rəssamlıq simpoziumu keçirilir

Qəbələdə rəssamlıq simpoziumu keçirilir
# 08 oktyabr 2008 23:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Qəbələ rayonunda rəssamlıq simpoziumu keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya deyib ki, simpoziumun keçirilməsində məqsəd təsviri-sənətin inkişaf etdirilməsi, regionlarda da bu sənətə maraq oyatmaqdır. Simpozium çərçivəsində Qəbələ Dövlət Rəsm Qalereyasında Azərbaycan rəssamlarının müxtəlif janrlarda əsərlərinin sərgisi də keçiriləcək. Oktyabrın 10-na kimi davam edəcək simpoziumda Azərbaycan Rəssamlar İttifaqının üzvləri, tanınmış incəsənət xadimləri də iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR