Bank Of Baku

Norveçli mütəxəssislər Azərbaycanın muzey işçiləri üçün treninq keçəcəklər

Norveçli mütəxəssislər Azərbaycanın muzey işçiləri üçün treninq keçəcəklər
# 08 oktyabr 2008 11:53 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Noyabrın əvvəlində Bakıda muzey işçiləri üçün keçirilən treninqlərdə iştirak etmək üçün Norveçdən nümayəndə heyəti gələcək. Bu barədə APA-ya Norveçin Azərbaycandakı səfiri Yon Ramberq məlumat verib. Nümayəndə heyəti Stanvanqer Arxeoloji Muzeyini təmsil edir. Bu Azərbaycan və Norveç muzey işçilərinin keçirdiyi sayca 4-cü birgə treninqdir. Treninqlər Norveç Xarici İşlər Nazirliyinin dəstəyi ilə iki ölkənin mədəniyyət nazirlikləri arasında əldə olunan razılaşma əsasında həyata keçirilir. Qeyd olunan səfər çərçivəsində Azərbaycan Muzey Mərkəzində Norveç muzeylərinə həsr olunmuş foto-sərgi də təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR