Bank Of Baku

Türkiyəli dirijorun müşayiəti ilə Azərbaycan Dövlət Filarmoniyasında konsert keçirilib

Türkiyəli dirijorun müşayiəti ilə Azərbaycan Dövlət Filarmoniyasında konsert keçirilib
# 08 oktyabr 2008 12:48 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında skripka ustası, Filarmoniya İstanbul Orkestrinin baş dirijoru Hakan Şensoyun müşayiəti ilə Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti keçirilib. Bu barədə APA-ya ATİB-in İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib. Məlumata görə, H. Şensoy İtaliya, Polşa, Rumıniya, İsveç, İngiltərə və Türkiyə səhnəsində dəfələrlə çıxış edib. Bakıda təşkil edilmiş konsertin solistləri Fəridə Rüstəmova və əməkdar artist Arzu Mustafayevin ifasında dünya bəstəkarlarının əsərlərindən nümunələr səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR