Bank Of Baku

Səməd Vurğun adına Rus Dram Teatrının kollektivi Qəbələdə hərbi hissədə çıxış edib

Səməd Vurğun adına Rus Dram Teatrının kollektivi Qəbələdə hərbi hissədə çıxış edib
# 09 oktyabr 2008 16:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Səməd Vurğun adına Rus Dram Teatrının kollektivi Qəbələ rayonunda yerləşən hərbi hissələrin birində tamaşa ilə çıxış ediblər. Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovskinin APA-ya verdiyi məlumata görə, hərbi hissənin ərazisində Azərbaycan və rus dillərində təhsil verən məktəb mövcuddur: “Bizdən xahiş etmişdilər ki, onların qarşısına rus dramaturgiyasından olan tamaşa ilə çıxaq. Biz akt zalında çıxış etdik. Həmin məkanda isə səhnə böyük deyildi. Ona görə də rus dramaturqu Lüdmila Razumovskayanın “Nikah agentliyi 1+” pyesini seçdik”. A. Şarovski bildirib ki, hərbiçilər və onların ailələri Rusiya Kosmik Qoşunlar və Ümumdünya Müəllim Günləri münasibətləri teatrın artistlərini bu rayonda görmək arzusunda olduqlarını bildiriblər. Qeyd edək ki, sözügedən tamaşada teatrın aparıcı artistləri Səfa Mirzəhəsənov, Yevgeniya Nevmerjiskaya, Rita Əmirbəyova, Aleksandr Nikuşina, Yelena Spisına, Ruqiyyə Quliyeva iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR