Bank Of Baku

“Qobustana qayıdış” sənədli filmi beynəlxalq festivalda iştirak edəcək

“Qobustana qayıdış” sənədli filmi beynəlxalq festivalda iştirak edəcək
# 10 oktyabr 2008 12:13 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Oktyabrın 24-28-də Çexiyada XII Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək. “Narimanfilm” kinostudiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kinostudiyanın istehsal etdiyi “Qobustana qayıdış” sənədli filmi festivalda iştirak edəcək. Dünyanın nadir möcüzələrindən olan Azərbaycanın Qobustan qayaüstü rəsmlərindən, bu tarixi abidənin tarixindən və müasir vəziyyətindən bəhs edən filmin ssenari müəllifi və rejissor İlqar Safatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR