Bank Of Baku

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Beynəlxalq Musiqili Teatrlar Assosiasiyasının üzvlüyünə qəbul ediləcək

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Beynəlxalq Musiqili Teatrlar  Assosiasiyasının üzvlüyünə qəbul ediləcək
# 10 oktyabr 2008 13:00 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrına Rusiya, MDB və Avropa dövlətlərinin üzv olduğu Beynəlxalq Musiqili Teatrlar Assosiasiyasına üzv olmaq təklif edilib. Bu barədə APA-ya Azərbaycan Dövlət Musiqili Komediya Teatrının mətbuat katibi Günel Abbaszadə məlumat verib. Bu assosiasiya 2004-cü ildə planetin musiqili teatrlar şəbəkəsinin daha da inkişaf etməsi, onların yaradıcılığının dəstəklənməsi və inkişafı üçün mühüm tədbirlər həyata keçirmək məqsədi ilə təşkil olunub. Bu il oktyabrın 24-30-da Yekaterinburqda keçiriləcək üzv teatrların beynəlxalq konqresində Azərbaycan Dövlət Musiqili Komediya Teatrının təşkilata üzvlük məsələsi müzakirə ediləcək. Konqresdə həmçinin operetta və müzikl janrının bugünkü vəziyyəti, müasir repertuar siyasəti məsələləri ətrafında fikir mübadiləsi aparılacaq, ayrı-ayrı tamaşalara baxışlar keçiriləcək. Sverdlovsk Vilayət Musiqili Komediya Teatrının 75 illiyinə həsr olunmuş qala konsertdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının gənc solistləri İnarə Babayeva və Ramil Qasımovun ifasında “Arşın mal alan” və “O, olmasın, bu olsun” operettalarından duet və ariyalar səslənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR