Bank Of Baku

Həvəskar rəssamların və tətbiqi sənət ustalarının işlərindən ibarət respublika baxış-müsabiqəsinin yekun tədbiri keçirilib

Həvəskar rəssamların və tətbiqi sənət ustalarının işlərindən ibarət respublika baxış-müsabiqəsinin yekun tədbiri keçirilib
# 10 oktyabr 2008 14:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Muzey Mərkəzində Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş həvəskar rəssamların və tətbiqi sənət ustalarının işlərindən ibarət respublika baxış-müsabiqəsinin yekun tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bu ilin iyul-avqust aylarında respublikanın 6 zonasında baxış-müsabiqəsinin keçirildiyini deyib. Rəssamlar İttifaqının üzvü Ənvər Qarayev bildirib ki, baxış-müsabiqənin keçirilməsində məqsəd həvəskar rəssamların və tətbiqi sənət ustalarının layiqli işlərinin üzə çıxarılması, təbliğ olunması və onların peşəkarlıq səviyyələrinin yüksəldilməsinə kömək göstərməkdən ibarət olub.
Yekun tədbirdə qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşdirilərək Mədəniyyət və Turizm Nazirliyinin pul mükafatları və diplomlarla təltif olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR