Bank Of Baku

Kinorejissor Arif Babayevin anadan olmasının 80 illiyinə həsr olunan tədbir keçirilib

Kinorejissor Arif Babayevin anadan olmasının 80 illiyinə həsr olunan tədbir keçirilib
# 10 oktyabr 2008 14:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində Azərbaycanın incəsənət xadimi, kinorejissor Arif Babayevin anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev tanınmış kinorejissorun həyat və yaradıcılığından söz açıb. C. Quliyev deyib ki, A. Babayev 10-dan artıq sənədli, “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Ömrün ilk saatı”, “Alma almaya bənzər”, “Arxadan vurulan zərbə”, “Birisi gün gecə yarısı” tammetrajlı bədii filmlərinə, “Zirvə” kino-novellasına quruluş verib. Onun vətənpərvərlik və vətəndaşlıq mövqeyində çəkilən filmlərində Azərbaycan mənəviyyatı, dünyagörüşü və kino sənəti əks edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR