Bank Of Baku

Gəncə Dövlət Filarmoniyasının tikintisinə gələn ay başlanılacaq

Gəncə Dövlət Filarmoniyasının tikintisinə gələn ay başlanılacaq
# 11 oktyabr 2008 07:45 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncədə yeni filarmoniyanın inşasına 16 milyon manat vəsait ayrılıb. Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikovanın APA-nın Qərb bürosuna verdiyi məlumata görə, filarmoniya şəhərin mərkəzində “Bakı” kinoteatrının yerində ucaldılacaq. Layihəyə əsasən bina 3 mərtəbədən ibarət olacaq: “Filarmoniyanın konsert zalı 900 nəfər üçün nəzərdə tutulub. Binada həmçinin 100 nəfərlik kinoteatr da tikiləcək. Bütün otaqlar müasir standartlara cavab verəcək və lazımı avadanlıqlarla təchiz ediləcək. İstilik və işıqlandırma sistemləri də müasir tələblərə uyğun quraşdırılacaq”. Gəncədə həmçinin tarixi abidələrin əsaslı təmiri və bərpası üçün proqram hazırlanır. Karvansara və İmamzadənin komplekslərinin bərpası üçün layihə smeta sənədləri artıq hazırdır. Hər iki tarixi abidədə 2009-cu ildə təmir işlərinə başlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR