Bank Of Baku

İstanbulun DOKU sənət qalereyasında azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

İstanbulun DOKU sənət qalereyasında azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
# 13 oktyabr 2008 12:25 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə-APA. İstanbulun DOKU sənət qalereyasında azərbaycanlı rəssam Həsənağa Məmmədovun fərdi sərgisi açılıb. Sərginin açılış mərasimində Türkiyənin sənət və elm dünyasının tanınmış simaları iştirak edib. Sənət qalereyasının sahibi Mehmet Kıyatın APA-nın Türkiyə bürosuna verdiyi məlumata görə, Həsənağa Məmmədovla 10 ilə yaxındır əməkdaşlıq etdiyini, onun bir dəfə Ankarada, bir dəfə də İstanbulda fərdi sərgisinin açıldığını bildirib. Mehmet Kıyat bildirib ki, Həsənağa Məmmədovun əsərləri Türkiyənin sənət bazarında ən çox rəğbətlə qarşılana və baha qiymətə satılan əsərlər kateqoriyasına daxildir.

Qeyd edək ki, 1949-cu ildə Neftçala rayonunun Aslanbəyli kəndində anadan olan Həsənağa Məmmədov Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirdikdən sonra Tiflis Rəssamlıq Akademiyasından məzun olub. 1992-ci ildən Türkiyənin sənət dairələri ilə əməkdaşlıq edən soydaşımızın bu ölkədə indiyədək 50 fərdi sərgisi açılıb. Yağlı boya, sulu boya, quşa, akrilik boya ilə işlədiyi əsərləri Hasan Taşdemir imzası ilə Türkiyənin sənət bazarına təqdim edən azərbaycanlı sənətkar bu ölkədə peyzaj və fiqur janrının bir neçə önəmli ustasından biri sayılır. Həsənağa Məmmədov Türkiyədə əsərləri baha qiymətə satılan bir neçə azərbaycanlı rəssamdan biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR