Bank Of Baku

Kazanda keçirilən “Qızıl minbər” müsəlman filmləri festivalında Azərbaycanın ekran əsərləri də iştirak edir

Kazanda keçirilən “Qızıl minbər” müsəlman filmləri festivalında Azərbaycanın ekran əsərləri də iştirak edir
# 16 oktyabr 2008 14:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Kazanda “Qızıl minbər” müsəlman filmləri festivalına start verilib. APA-nın məlumatına görə, oktyabrın 22-dək davam edəcək beynəlxalq festivalda Azərbaycan da təmsil olunacaq. Festivalda Ramiz Fətəliyevin “Hökmdarın taleyi” filmi nümayiş etdiriləcək. Filmdə əsas rolu, İbrahim xan obrazını xalq artisti Fəxrəddin Manafov ifa edib.

Festival çərçivəsində keçirilən müsabiqədə isə “Düyün” və “Səhra gülü” filmləri iştirak etmək hüququ qazanıb. Əli İsa Cabbarovun rejissoru olduğu “Düyün” filmi “Dərviş” Prodüser Mərkəzində, Tahir Əliyevin rejissoru olduğu “Səhra gülü” filmi isə AzTV-də istehsal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR