Bank Of Baku

Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə VI “Qızıl Çıraq” Milli Kinematoqrafiya müsabiqəsi keçiriləcək

Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə VI “Qızıl Çıraq” Milli Kinematoqrafiya müsabiqəsi keçiriləcək
# 16 oktyabr 2008 15:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə VI “Qızıl Çıraq” Milli Kinematoqrafiya müsabiqəsi keçiriləcək. Azərbaycan Kinematoqrafçılar İttifaqından APA-ya bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd kinematoqrafiya sahəsində Azərbaycanda yaradılmış əsərlərə peşəkar kino ictimaiyyəti tərəfindən qiymət verilməsi, müsabiqələrarası müddətdə çəkilmiş ən yaxşı filmlərin və ən yaxşı kino sənətçilərinin nailiyyətlərinin müəyyənləşdirilməsi, yaradıcı kino işçilərinin əməyinin mənəvi və maddi cəhətdən həvəsləndirilməsidir. Müsabiqədə 2007-2008-ci illərdə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilatlar və fiziki şəxslər tərəfindən, habelə xarici təşkilatlar və vətəndaşlarla birgə istehsal edilmiş bədii, sənədli və cizgi filmləri iştirak edə bilər. Qaliblər “ən yaxşı tammetrajlı bədii film”, “ən yaxşı qısametrajlı bədii film”, “ən yaxşı cizgi filmi”, “ən yaxşı tammetrajlı sənədli film”, “ ən yaxşı qısametrajlı sənədli film”, “ qadın rolunun ən yaxşı ifaçısı”, “kişi rolunun ən yaxşı ifaçısı”, “ən yaxşı rejissor işi”, “ən yaxşı ssenari”, “ ən yaxşı operator işi”, “ən yaxşı rəssam işi”, “ ən yaxşı bəstəkar işi”, “ən yaxşı debüt və tələbə işi” nominasiyaları üzrə mükafatlandırılacaqlar. Müsabiqənin münsiflər heyətinin qərarına əsasən milli kinonun inkişafındakı xidmətlərinə görə və ən yaxşı tənqidi və təbliği işə görə də qaliblər müəyyənləşdiriləcək. Müsabiqədə iştirak etmək üçün işlər noyabrın 1-nə kimi Azəırbaycan Kinematoqrafçılar İttifaqına təqdim olunmalıdır. Müsabiqənin nəticələri 2008-ci ilin dekabrında açıqlanacaq. Qeyd edək ki, “Qızıl Çıraq” Milli Kinematoqrafiya müsabiqəsi hər iki ildən bir keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR